Hollivud aktrisası Kira Naytli «Karib dənizinin quldurları» kino serialının dördüncü hissəsində çəkilməkdən imtina edib. O, ilk üç hissədə Elizabet Suon adlı qəhrəmanı oynayıb.
   «The New York Post» qəzeti yazır ki, aktrisa bu filmin onun üçün böyük təcrübə olduğunu vurğulayıb: «Film mənim həyatımın bir hissəsinə çevrilib. Amma güman etmirəm ki, yenidən bu layihəyə qayıtmalıyam».
   Qeyd edək ki, növbəti seriyada Orlanda Blum da oynamayacaq. Əvəzində isə filmdə yeni personajlar, məsələn, kapitan Cek «Sərçə»nin çoxdan itən qardaşı peyda ola bilər.
   Xatırladaq ki, Cek «Sərçə» rolunu oynayan Conni Depp növbəti seriyada da iştirak etməklə bağlı müqavilə imzalayıb. Jurnalistlərin məlumatına görə, ona rekord məbləğdə - 56,5 milyon dollar qonorar vəd edilib.
   «Disney» kinostudiyası bundan sonra Karib dənizindəki quldurlar barədə daha üç seriyanı çəkmək niyyətini açıqlayıb. Birinci üç seriya isə dünya ekranlarında 2,68 milyard dollar toplayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar