Rok-n-rollun kralı Elvis Preslinin royalı auksionda satılacaq. «ContactMusic»in məlumatına görə, royalın 1 milyon dollara satılacağı gözlənilir. Amerikanın «Wm. Knabe & Co.» şirkətinin istehsalı olan musiqi aləti onlayn-auksion zamanı satılacaq.
   
   Elvisə məxsus «Qreyslend» malikanəsində saxlanılan royaldan əlavə, auksiona müğənninin şəxsi əşyaları, məsələn, 1972-ci ildə Nyu-Yorkdakı «Medison Skver Qarden»də ilk dəfə insanlar qarşısına çıxdığı zaman geyindiyi konsert kostyumlarından biri də çıxarılacaq. O, məhz həmin kostyumda «Elvis: As Recorded at Madison Square Garden» albomunun üz qabığı üçün şəkil çəkdirib.
   1973-cü ildə Elvis həmin kostyumu amerikalı müğənni Dotti Remboya bağışlayıb. 2008-ci ildə Dotti ölüb, Elvisin kostyumunun isə auksiona çıxarılması barədə qərar verilib. Lotun ilkin qiyməti 150 min dollar dəyərləndirilir.
   Bundan əlavə, üzərində Preslinin imzası olan karate üzrə qara kəmər alındığı barədə şəhadətnamə də satılacaq. Onun qiyməti 10 min dollardır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar