Bir qrup avstriyalı alim Türkiyə ərazisindəki Efesdə tapılan skeletin Misir kraliçası Kleopatranın kiçik bacısı Arsinoyeyə məxsus olduğunu bəyan ediblər. «The Times» yazır ki, alimlər Kleopatranın əmri ilə öldürülən Arsinoyenin sifət cizgilərini də bərpa etməyə müvəffəq olublar. Bu isə bacıların mənşəyinə işıq salır - onların damarlarında hətta zənci qanı da axırmış.
   
   Avropalı arxeoloqlar qəbri hələ 1926-cı ildə tapıblar. Onlar hətta skeletin kəlləsini də özləri ilə götürərək üzərində tədqiqat işləri aparıblar. Lakin kəllənin kimə məxsus olduğunu müəyyən etmək mümkün olmayıb. İkinci Dünya müharibəsi zamanı isə kəllə izsiz-soraqsız itib.
   1990-cı ildə Avstriya Elmlər Akademiyasının üzvü, qədim abidələrin tədqiqatçısı Hilke Tyur yenidn qəbri açıb. Başı olmayan skelet yerindəcə qalırmış. Dörd il sonra Tyur insan qalıqlarının Kleopatranın bacısı Arsinoyeyə məxsus olduğu ilə bağlı nəzəriyyəsini açıqlayıb. Məhkəmə ekspertləri müəyyən ediblər ki, skelet 15-18 yaş arasında gənc qadına məxsusdur və o, qəfil ölümlə həyatdan gedib. 1926-cı ildəki ilk ekspedisiya kəlləni dəqiq təsvir etdiyindən, alimlər onu bərpa edərək Arsinoyenin təxmini cizgilərini yaradıblar. Bu tədqiqat Kleopatra və Arsinoyenin damarlarında avropalı, misirli və hətta zənci qanının axdığını göstərib. Alimlər uzun sürən tədqiqatlardan sonra tapılan skeletin Arsinoyeyə məxsus olduğu ilə bağlı Hilke Tyurun versiyasını qəbul ediblər. Onlar bildirirlər ki, bu skelet qədim Misir tarixində təsvir edilən cizgilərə uyğun gəlir.
   Arsinoye və Kleopatra (rəsmən VII Kleopatra) çar XII Potolmeyin müxtəlif arvadlarından doğulan qızları olub. Arsinoyenin bizim eradan əvvəl təxminən 68-67-ci illərdə doğulduğu, çox gözəl qadın olduğu və VI Arsinoye adı ilə bir müddət Misir çariçası olduğu məlumdur. Arsinoye Yuli Sezara qarşı müharibə aparırmış və bu müharibəni uduzub. Sezar isə onu bağışlayıb və özü ilə Romaya aparıb. Amma Arsinoye orada da dinc durmayıb və taxta çıxan bacısını devirərək yenidən Misirə rəhbərlik etməyə çalışıb. Nəticədə, Kleopatra bizim eradan əvvəl 41-ci ildə bacısının öldürülməsi barədə göstəriş verib. Onun əmri Arsinoyenin gizləndiyi Efesdəki Artemida məbədində yerinə yetirilib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar