Nyu-Yorkun Metropoliten teatrının 125 illiyinə həsr olunan tədbir təşkilatçılara 6,3 milyon dollar gəlir gətirib. «France Presse» agentliyinin verdiyi məlumata görə, teatrın rəhbərliyi belə böyük məbləğ gözləmədiyini etiraf edib. Mart ayında keçirilən tədbirdə rusiyalı bariton Dmitri Xvorostovski, perulu tenor Xuan Dieqo Flores, fransalı Natali Dessey, maltalı Cozef Kalleyya çıxış ediblər. Teatrın yubileyi ilə bərabər, Metropoliten-opera ilə əməkdaşlığının 40 illiyini qeyd edən məşhur opera müğənnisi, 68 yaşlı Plasido Dominqo «Otello» və «Qərbdən olan qız» operalarından parçalar oxuyub. Orkestrə 1976-cı ildən Metropoliten-operanın bədii rəhbəri olan Ceyms Livayn dirijorluq edib.
   Ümumilikdə konsertdə klassik operalardan 23 parça ifa edilib. Bu parçalar 1883-cü ildə açılışından bu yana teatrın tarixini göstərmək məqsədi güdüb. Bundan əlavə, tamaşaçılara arxivdəki videoçəkilişlərdən də parçalar nümayiş etdirilib.
   Qeyd edək ki, Metropoliten-opera son zamanlar dünya maliyyə böhranının təsiri ilə ciddi çətinliklə üzləşib. Teatrın direktoru Piter Qleb 2009-cu ilin yanvarında yeni mövsüm üçün nəzərdə tutulan 4 bahalı layihənin daha ucuzları ilə əvəz edildiyini açıqlayıb. Teatr rəhbərliyi öz məvacibinin 10 faizini ixtisar edib. Martın əvvəlində isə Mark Şaqalın Metropoliten-operanın foyesini bəzəyən iki böyük əsəri girov qoyulub.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar