Məşhur amerikalı müğənni Maykl Cekson Londonda keçiriləcək vida konsertlərinin təşkilatçılarından canlı fil, pantera, ilan, üç meymun, bir dəstə tropik quş tələb edib. 
   Müğənninin ideyasına görə, o, çıxışına səhnəyə Afrika filinin belində daxil olmaqla başlayacaq. Bu zaman onu masai qəbiləsinin 100 silahlı döyüşçüsü müşayiət edəcək, arxada isə qızıl zəncirlərdə panteralar və tropik quşlar gələcək. Maykl Ceksonun çıxış edəcəyi səhnə isə cunqli formasında bəzədiləcək.
   Bundan başqa, səhnənin düzəldilməsində sirk mövzusuna müraciət ediləcək və müxtəlif mövsümlərin hava şəraiti imitasiya olunacaq. Cekson sonuncu çıxışını indiyə kimi olanlar içərisində ən baxımlı şouya çevirəcəyinə söz verib.
   Cekson bundan əlavə, turnesi zamanı hava və ya quru yolla hərəkət etmək istəmədiyini açıqlayıb. O bunu vertolyotlardan və avtomobil tıxaclarından qorxması ilə izah edib. Təşkilatçılar da Ceksonun bu tələbini nəzərə alaraq, ona gəmi verilməsi üçün gəmiçilik şirkəti ilə razılaşma əldə ediblər.
   Xatırladaq ki, 50 yaşı tamam olan Maykl Cekson dünya üzrə vida turnesinə çıxır. O, bu turne zamanı Londonda, ABŞ-da və bəzi Uzaq Şərq ölkələrində çıxış etməyi planlaşdırır.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar