Parisdəki məşhur Luvr muzeyi növbəti dəfə dünyanın ən populyar muzeyləri siyahısına başçılıq edib. «The Art Newspaper»in məlumatına görə, 2008-ci ildə Luvru 8,5 milyon adam ziyarət edib.
   Britaniya muzeyi ötən il olduğu kimi, yenə də ikincidir. Onun 2008-ci ildə 5,93 milyon ziyarətçini qəbul etdiyi bildirilir. Öz növbəsində Vaşinqtondakı Milli İncəsənət Qalereyası 4,96 milyon ziyarətçi ilə üçüncü yeri tutub.
   Dördüncü yerdə Londondakı Tata Modem gəlir. Bu muzey ötənilki göstəriciyə nisbətən bir pillə geriləyərək dördüncü yerə düşüb. 2008-ci ildə muzeydə 4,95 milyon ziyarətçi olub. Beşinci yer Nyu-Yorkun Metropoliten muzeyinə məxsusdur. Onun ziyarətçilərinin sayı 4,82 milyon nəfərdir. Nəhayət, ilk altılığı 4,44 milyon nəfər ziyarətçi göstəricisi ilə Vatikanın muzey kompleksi tamamlayır.
   Qeyd edək ki, dünyanın ən çox ziyarət edilən muzeylərinin ilk onluğuna ancaq ABŞ və Avropa muzeyləri daxildir. Asiyada ən yaxşı göstərici Tokiodakı Milli İncəsənət Mərkəzinə məxsusdur - 2,47 milyon ziyarətçi və 13-cü yer. Bununla yanaşı, Yaponiya sərgilərin orta ziyarəti baxımından 2008-ci ilin rekordçusudur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar