![](/img/news/700x420/890.jpg)
Coan Roulinqi Ken Follettin kitablarını dərc edən «Macmillian» nəşriyyatı da dəstəkləyib. Nəşriyyatın nümayəndələri Follettin sonuncu çapdan çıxan «World Without End» kitabının saytda yerləşdirilməsindən qəzəbləniblər. «Macmillan»ın məlumatına görə, son 5 ay ərzində saytda həmin kitabı 500 min ziyarətçi oxuyub.
«Scribd» nümayəndəsi Temmi Nem isə sayt rəhbərliyinin naşirlərin tələbi ilə dərhal kitabı yığışdırdıqlarını vurğulayıb: «Əgər bizə belə bir tələb irəli sürülsə, adətən 24 saat ərzində reaksiya veririk».
«Scribd» saytını hər ay 55 milyon adam ziyarət edir. Saytda hər gün 50 minə yaxın sənəd dərc olunur. «Scribd»in məqsədi insanları daha da maarifləndirməkdir. Qeydiyyatdan keçən istifadəçilər orada müxtəlif formatlarda kitab tapa bilərlər.