Bu ilin may ayında Moskvada keçiriləcək «Eurovision-2009» mahnı müsabiqəsində Ukraynanı təmsil edəcək müğənni Svetlana Loboda yarışmada hamını təəccübləndirmək qərarına gəlib. Rusiya mətbuatının yazdığına görə, müğənni müsabiqədə diqqəti cəlb etmək üçün saçlarını keçəl qırxdıracaq.
Ukraynalı müğənni elan edib ki, bununla da o, diqqəti dəniz pişiklərinin balalarının qırılıb tələf olmasına yönəlmək fikrindədir: “Mən bu barədə Ukrayna prezidentinə məktub yazmaq fikrində idim. Amma bürokratik əngəlləri nəzərə alaraq bu qərardan vaz keçdim”. Müşahidəçilər isə Lobodanın bu addımla dəniz pişiklərini deyil, ilk növbədə özünü reklam etdirmək arzusunda olduğunu güman edirlər.
Xatırladaq ki, Svetlana Loboda 17 nömrə altında ikinci yarımfinalda çıxış edəcək.