İtaliyanın Florensiya şəhərində XVI əsrə aid gizli keçid ilk dəfə olaraq ictimaiyyət üçün açılıb.

“Vasari” adlanan dəhlizi Florensiya elitası cəmiyyətdən uzaq olmaq və düşmənlərdən qorunmaq üçün istifadə edib. Gizli keçid Florensiyada hakimiyyətdə olan Mediçi sülaləsi üçün 1565-ci ildə rəssam-memar Giorgio Vasari tərəfindən ev və iş yerini birləşdirmək üçün tikilib. Dəhliz Florensiyanın ən məşhur üç yerini birləşdirib: Veççio Sarayı (şəhərin siyasi mərkəzi), Uffizi Qalereyası və Pitti Sarayı (ailənin yaşadığı yer).

Florensiyanın mərkəzindən keçən dəhlizin uzunluğu 750 metrdir. Səyahət zamanı 106 pillə enmək lazımdır. Arzu edənlər buranı 20 avro müqabilində görə bilərlər.