Çinin şimal-şərqindəki Heyluncian vilayətinin inzibati mərkəzi olan Harbin şəhərində 26-cı buz və qar dünyası sərgisi keçirilir.

Təxminən 1 milyon kvadratmetr sahəni əhatə edən tematik sərgidə 300 min kubmetr buz və qardan hazırlanmış fiqurlar nümayiş olunur. Onların arasında müxtəlif ölkələrdəki memarlıq nümunələrinin oxşarları, cizgi film qəhrəmanları da var.

Qeyd edək ki, Harbin buz və qar dünyası sərgisi ötən il sahəsinin böyüklüyünə görə “Ginnesin rekordlar kitabı”na düşüb. Ötən il sərgini 2,7 milyon nəfər ziyarət edib. Budəfəki sərginin sahəsi daha 25 faiz genişləndirilib. Çində populyar qış turizmi tədbiri olan Harbin sərgisi martın əvvəlinədək davam edəcək.