Hollivudun Mum Fiqurlar Muzeyi (Hollywood Wax Museum) 44 illik tarixi ərzində ilk dəfə 200-dən çox eksponatı auksiona çıxarıb. Bu barədə «Associated Press» agentliyi məlumat yayıb. Alqı-satqı mayın 1-də «Profiles in History» auksion evi tərəfindən keçiriləcək. Alıcılar ABŞ prezidentləri Corc Vaşinqton və Bill Klinton, idmançılar Tayqer Vuds və Maykl Cordan, musiqiçilər Şer, Stiv Uander, «Bitlz» qrupu, eləcə də Conni Karson, Uill Smit, Çarli Çaplin kimi kino və televiziya ulduzlarının mum fiqurlarını əldə edə biləcəklər.
   Əldə edilən vəsait «Hollivudun şöhrət Xiyabanı»nın saxlanılmasına sərf ediləcək.