2009-cu ilin oktyabrında San-Fransiskoda Uolt Disney muzeyi açılacaq. Animasiya filmlərinin klassikinin muzeyi Presido milli parkının ərazisində yerləşəcək. «The New York Times»ın məlumatına görə, memorial kompleksin hazırlanması 112 milyon dollara başa gəlib. Muzeyi Uolt Disneyin qızı Diana Disney Miller açacaq.
Muzeyə rəhbərlik Harvard Universitetinin İncəsənət Muzeyinin keçmiş direktor müavini Riçard Benefildə tapşırılıb. Muzeyin San-Fransiskoda yaradılmasının iki səbəbi var: təşkilatçılar onun «Walt Disney Co» şirkətinin mənzil-qərargahından uzaqda olmasını, eləcə də Diana Disney Millerin evinə yaxın olmasını nəzərə alıblar.
Xronoloji qaydada nümayiş etdiriləcək ekspozisiyalar Disneyin şəxsi əşyaları və sənədlərindən, onun cizgi filmlərinin yaradılması zamanı istifadə etdiyi materiallardan ibarətdir. Bu materialların bəzilərini indiyə qədər heç kimə göstərməyiblər. Binada 120 nəfərlik kinozal, eləcə də lentlərin nümayişi üçün 215 monitor yerləşdiriləcək. Muzey 1 il ərzində 517 min adamı qəbul edə biləcək.
Uolt Disney 1966-cı ildə 65 yaşında xərçəng xəstəliyindən vəfat edib. Onun təşkil etdiyi «Walt Disney Co» şirkəti təkcə 2008-ci ildə 38 milyard dollar qazanıb.