“The Beatles” qrupunun keçmiş üzvləri Pol Makkartni və Rinqo Starr aprelin 4-də Nyu-York şəhərində keçirilən xeyriyyə konsertində bir yerdə çıxış ediblər. “Reuters” agentliyinin verdiyi məlumata görə, bu, musiqiçilərin 2002-ci ildən bəri ilk birgə çıxışı olub. Konsertdən əldə olunan vəsait 30 ölkədə “çətin” uşaqlara və yeniyetmələrə kömək edən “Devid Linç” fonduna veriləcək. Musiqiçilər konsertin bir hissəsini qrupun keçmiş üzvləri - 1980-ci ildə Nyu-Yorkda güllələnərək qətlə yetirilən Con Lennonun və 2001-ci ildə xərçəng xəstəliyindən vəfat edən Corc Harrisonun xatirəsinə həsr ediblər. Makkartni və Starr “Liverpul dördlüyü”nün ilk mahnılarından olan “I Saw Her Standing There” (“Rolling Stone” jurnalı 2004-cü ildə bu mahnını bütün dövrlərin 500 ən yaxşı mahnısı siyahısına daxil edib) və Makkartninin Hindistanda yazdığı "And Remember to be... Cosmically Conscious" adlı mahnısını birlikdə ifa ediblər. Bundan başqa Pol Makkartni “Let It Be”, “Lady Madonna”, “Blackbird”, Rinqo Starr isə “Yellow Submarine”, “Boys” adlı mahnıları ifa edib. Hər iki musiqiçi solo karyeralarında yazılan hit mahnıları da səsləndiriblər.
   Qeyd edək ki, Rinqo səhnəyə çıxarkən Makkartni onu tamaşaçılara Billi Şirs kimi təqdim edib. Konsertdə həmçinin Şerli Krou, Ben Harper, eləcə də “Pearl Jam” qrupunun vokalisti Eddi Vedder də iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar