Tarkan, Sezen Aksu, Sərdar Ortaç, Rafət El Roman, Şəhrazad, Bülənt Özdəmir ve Gülşən kimi bir-birindən məşhur türk sənətçiləri maraqlı addım atıblar. Türkiyə mətbuatının xəbərinə görə, onlar mahnılarını sənət yoldaşlarına - Sibel Cana bağışlayıblar. Mahnılar Sibelin yeni albomunda yer alacaq. Adi halda mahnılarını ağlagəlməz qiymətə satan bu sənətçilərin Sibel Cana verdikləri səkkiz mahnının qiyməti ümumilikdə 200 min dollardır. Sibel Canın bu mahnılara əsl həyat verəcəyini düşünən sənətçilərə müğənninin minnətdarlığı gecikməyib. “Çox böyük sayğı bəslədiyim dostlarım mənə mahnıları ürəkdən verdilər. Onlar mahnılarını hər adama verməzlər”.