Son illərin ən məşhur dirijorlarından sayılan maestro Abbado 24 il sonra yenidən Milanın «La Skala» teatrına qayıdır. ANSA agentliyi xatırladır ki, Abbado 1968-86-cı illərdə «La Skala»nın musiqi direktoru olub. Milanda doğulan Abbado «La Skala»da Malerin Səkkizinci simfoniyasına («min iştirakçının simfoniyası») dirijorluq edəcək. Konsert 2010-cu il iyunun 4-nə təyin olunub. 1970-90-cı illərdə dünyanın ən iri orkestrləri ilə işləyən maestro Abbadonun səhhəti 2000-ci illərin əvvəlində kəskin pisləşib: onun mədəsində xərçəng xəstəliyi aşkar edilib. O, 2002-ci ildə Berlin filarmonik orkestrinin baş dirijoru postunu tərk edib. Qeyd edək ki, Abbado bu postu Qerbert fon Karayanın 1989-cu ildə vəfat etməsindən sonra tutub. Səhhəti pisləşməkdə davam edən maestro 2007-ci ildə həkimlərin təkidi ilə, ümumiyyətlə, dirijor çubuğunu futlyara qoyub və konsertlərdən imtina edib. Lakin bu qərardan cəmi 2 ay sonra Abbado yenidən işə qayıdıb. Hazırda o, Boloniyadakı Motsart orkestrinə və Lütsern festival orkestrinə rəhbərlik edir.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar