2009-cu ilin noyabrında ABŞ-da Stiven Kinqin «Under the Dome» («Günbəz altında») romanı çapdan çıxacaq. Yazıçı bu əsərin ilk sətirlərini hələ 25 il əvvəl yazmağa başlayıb. «The Guardian» həmin kitabı epos adlandırıb: roman 1120 səhifədən ibarətdir.
Romandakı hadisələr ABŞ-ın Men ştatının Çesters Mills şəhərində baş verir. Şəhər sakinləri ən adi, gözəl günlərin birində müəyyən edirlər ki, onların şəhəri gözəgörünməz günbəzlə bağlanıb. Avtomobillər və təyyarələr həmin qalxana dəyərək dağılırlar. Bu günbəzin haradan peyda olduğunu və ondan necə xilas olmağın mümkünlüyünü heç kim bilmir. Kitabda yüzə yaxın personaj var: İran körfəzində müharibənin veteranı, yerli qəzetin sahibi, feldşer, siyasətçi və onun oğlu. Kinq bildirib ki, onun yeni kitabında bundan əvvəl yazdığı «Qarşıdurma» («The Stand») romanında bəhs edilən motivlər var: «Lakin bu dəfə problemlər daha alleqorik şəkildə həll edilir».
Yazıçı bildirib ki, əsəri hələ 1980-ci illərdə başlasa da, o zaman süjet xəttini inkişaf etdirmək üçün fantaziyaya malik olmayıb. Ona görə də gələcək kitabı «yetişmək» üçün saxlayıb: «Roman daim əlimin altında idi və vaxtaşırı mənə «yaz» deyirdi. Nəhayət, mən onu başa çatdırdım».