Məşhur amerikalı kinorejissor Vudi Allen avstraliyalı kinoaktrisa Nikol Kidmanın yeni filmində çəkilməklə bağlı razılığını alıb. «Variety» bildirir ki, filmin süjeti və digər məlumatlar gizli saxlanılır. Hələlik filmin işçi adı da yoxdur.
   Məlum olan odur ki, Vudi Allen filmdə çəkilmək üçün daha bir neçə ulduzla razılıq əldə edib. Kidmandan əlavə, Antonio Banderas, Entoni Hopkins, Naomi Uotts, Coş Brolin, 2009-cu ildə «Oskar» mükafatını qazanan «Gecəqondudan olan milyonçu» filmində əsas rolu oynayan hindli aktrisa Freyd Pint də Allenin filmində çəkilməyə razılıq veriblər. Layihəni «Mediapro» İspaniya kinoşirkəti maliyyələşdirir. Qeyd edək ki, bu kompaniya Allenin bundan əvvəl çəkdiyi «Viki Kristina Barselona» filmini də maliyyələşdirib. Filmin prodüserləri qismində Letti Aronson, Stiv Tenenbaum və Hum Ruers çıxış edirlər. Bu ilin iyununda Vudi Allenin sonuncu filmi olan «Whatever Works» ekranlara çıxacaq. Onun premyerası may ayında Nyu-Yorkda keçiriləcək «Tribeca» festivalında baş tutacaq.
   Nikol Kidman tamaşaçılara «Praktik magiya», «Mulen Ruj», «Cadugər qadın», «Betmen həmişə», «Geniş bağlanan gözlərlə», «Stepford qadınları» filmləri ilə məşhurdur. O, 3 dəfə (1996, 2002 və 2003) «Qızıl qlobus» alıb, 2002-ci ildə «Saat» filmindəki roluna görə «Oskar» mükafatına layiq görülüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar