Aprelin 14-də məşhur fransız yazıçısı Moris Düron vəfat edib. “France Presse” agentliyinin verdiyi məlumata görə, Fransa akademiyasının fəxri üzvü olan yazıçı 91 yaşına bir neçə gün qalmış dünyasını dəyişib.
   Düron 1946-cı ildə özünü tam şəkildə ədəbiyyata həsr etmək qərarına gəlib. O, artıq 1948-ci ildə “Bu dünyanın güclüləri” əsərinə görə Qonkur mükafatına layiq görülüb. Düron yaradıcılığı ərzində 30-dan çox tarixi roman yazıb.
   Yazıçı 1973-1974-cü illərdə Fransada Jorj Pompidu hökumətində mədəniyyət naziri postunu tutub. 1978-1981-ci illərdə isə Paris şəhər məclisinin deputatı olub. O, “Dəmir kral”, “Şato-Qayyarın məhbusu”, “Zəhər və tac”, “Fransız canavarı” kimi əsərlərin və sözsüz ki, ilk növbədə məşhur “Partizan mahnısı”nın mətninin müəllifi kimi məşhurdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar