Əfsanəvi casus Ceyms Bond barədə sayca 23-cü filmin çəkilişlərinə Ancelina Coli də dəvət edilə bilər. Artıq aktrisanın filmin prodüseri ilə görüşdüyü bildirilir. Maraqlıdır ki, aktrisa cəmi bir seriya ilə kifayətlənməyərək, bir neçə seriyada iştirak edəcək qəhrəmanı oynamaq istədiyini açıqlayıb. Bu barədə «WorstPreviews» məlumat verib.
   Qeyd edək ki, «Kazino Royal» filminin çəkilişləri ərəfəsində də oxşar informasiya yayılıb. O zaman Ancelina Colinin rus casusu roluna ideal şəkildə uyğun gəldiyi bildirilirdi. Amma o zaman aktrisanın şəxsi həyatı və qrafikinin həddən artıq gərgin olması onun bu filmdə iştirakına imkan verməyib.
   Hazırda “Ceyms Bond”un yaradıcıları Coli ilə bərabər Cenifer Eniston və Frida Pinta ilə danışıq aparırlar. Pinta «Oskar» mükafatına layiq görülən «Gecəqondudan olan milyonçu» filmində oynayıb.
   Xatırladaq ki, Amerika kinematoqrafiyasının ulduzu, 33 yaşlı Ancelina Coli bir qədər əvvəl tədricən kinodan uzaqlaşacağını bəyan edib: «Mən uzun müddət kinoda oynamaq niyyətində deyiləm. Bir az da işləyəcəyəm. Sonra isə kinonu tərk edərək nənə roluna hazırlaşacağam».







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar