Yazdığı sevgi romanlarının sayına görə Ginnesin Rekordlar Kitabına düşən ispaniyalı yazıçı vəfat edib. “NEWSru Israel” saytının verdiyi məlumata görə, 81 yaşlı Korin Tellado aprelin 11-də vəfat edib. O, üstündən 4 gün keçəndən sonra İspaniyanın şimalında - yaşadığı Xixon şəhərində basdırılıb. Telladonun sevgi romanları ümumilikdə 400 milyon nüsxə ilə 4 min dəfə çap olunub. O, 1994-cü ildə əsərləri ən çox satılan ispandilli müəllif kimi Ginnesin Rekordlar Kitabına salınıb.
   Korin Tellado Lopes 1927- ci il aprelin 25-də balıqçı kəndində anadan olub və qadın monastrında tərbiyə edilib. Onun “Qızğın mübahisə” («Atrevida Apuesta») adlı ilk kitabı 1946-cı ildə - yazıçının 19 yaşı olarkən çap olunub.
   Öz romanlarının üslubu barədə danışan Tellado bildirirmiş ki, bu, general Frankonun rejimi zamanı qüvvədə olan senzura ilə bağlı olub: “Bəzi romanlarım o qədər düzəlişlə geri qayıdırdı ki, orada yalnız qara rəng görünürdü. Bu məni daha çox işarələrlə danışmağa məcbur etdi”.
   Ən səthi hesablamalara görə, Telladonun şəxsi varidatı bir neçə yüz milyon dollara çatır. Onun qazandığı pulun miqdarına görə dünyanın ən çox qazanan yazıçısı olan Coan Roulinqlə rəqabət apardığı vurğulanır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar