1990-cı illərin ən məşhur qruplarından olan İsveçin «Ace of Base» pop-qrupu özünün ən yaxşı mahnılarının albomunu buraxıb. Üç diskdən ibarət «Greatest Hits» kompilyasiyası martın sonunda «Rəqs cənnəti» şirkəti tərəfindən buraxılıb.
   Birinci diskə qrupun əsas 16 hiti daxil edilib: «All That She Wants» və «Happy Nation»dan tutmuş, «Unspeakable» və «Da Capo»ya kimi. İkinci diskdə Dennis Pop, Maks Martin, David Morales, Soul Poets, Asvad, Love To Infinity, Diskomatik, Tommy Ekman, Lenni Bertoldo və Mark «DJ Stew» Pirrone kimi dj-lərin ifasında 13 mahnının remiksi, eləcə də qrupun özünün ifasında «Wheel of Fortune» və «Don"t Turn Around»un yeni versiyaları var. Nəhayət, üçüncü diskdə qrupun 17 videoklipi yerləşdirilib.
   İlk dəfə 1993-cü ildə debüt edən «Ace of Base» qrupu karyerası ərzində 4 studiya albomu buraxıb. Onların ümumi tirajı 50 milyon nüsxəni keçib. Satış səviyyəsinə görə «Ace of Base» ancaq İsveçin iki qrupuna - ABBA və «Roxette»yə uduzur. «Ace of Base» 2009-cu ildə yeni albom buraxmağa hazırlaşır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar