Litvanın məşhur «Trimitas» Dövlət Nəfəsli Alətlər Orkestrinin dirijoru Ramutis Balçyunas konsert zamanı vəfat edib. Litva radiosunun məlumatına görə, hadisə aprelin 12-də - orkestrin Müqəddəs Kazimiras kilsəsində Pasxa konserti verdiyi zaman baş verib. Orkestrə dirijorluq edən 75 yaşlı Balçyunas qəflətən yıxılıb. Güman edildiyinə görə, dirijor ürək tutmasından vəfat edib. Balçyunas 40 il ərzində «Trimitas»a dirijorluq edib. Onun orkestri 1994-cü ildə Avropanın dirijorlar müsabiqəsində qalib gəlib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar