«Eurovision-2008» mahnı müsabiqəsində Almaniyanı təmsil edən «No Angels» qrupunun üzvü Nade Benaisse 6 aydan 10 ilə qədər həbs cəzası ala bilər. «The Daily Telegraph» qəzeti yazır ki, onu partnyorunu bilərəkdən QİÇS-ə yoluxdurmaqda ittiham edirlər. Benaisse Frankfurtda solo-konsertinin başlamasına azacıq qalmış həbs edilib.
   HİV daşıyıcısı olan Benaissenin 2006-2008-ci illərdə üç seksual partnyoru olub. Onlardan biri müvafiq tibbi testdən keçəndən sonra QİÇS xəstəliyinə yoluxduğu müəyyən edib. Qəzet yazır ki, 26 yaşlı müğənni partnyorlarından heç birinə HİV daşyıcısı olduğu barədə məlumat verməyib. «No Angels» qrupunun menecerləri yaranmış vəziyyəti şərh etməkdən imtina ediblər. Qrupun digər üzvlərinin olaya münasibəti barədə heç bir informasiya verilmir.
   «No Angels» qrupu 2000-ci ildə Böyük Britaniyanın məşhur «Spice Girls» qrupunun obrazına oxşadılaraq yaradılıb. Kvartet ölkənin ən uğurlu pop-layihələrindən birinə çevrilib və albomunun 5 milyon nüsxəsi satılıb. Qrup 2003-cü ildə dağılıb. Lakin 2005-ci ildən yenidən bir yerə yığışan qızlar karyeralarını davam etdirmək qərarına gəliblər. 2008-ci ildə «Eurovision»da iştirak üçün seçilən qrup «Disappear» kompozisiyası ilə 23-cü yeri tutub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar