ABŞ-da adları «Aktyorların Şöhrət Zalı»na daxil ediləcək 15 aktyorun siyahısı açıqlanıb. Münsiflər heyətinin qərarına əsasən, bu siyahıya Robert De Niro, Entoni Hopkins, Morqan Frimen, Meril Strip kimi aktyorların adları daxil edilib.
   «Aktyorların Şöhrət Zalı»na karyerası ərzində teatr, kino və televiziya sahəsində böyük uğur qazanan şəxslərin adları daxil edilir. Aktyor ustalığı fənnindən dərs deyən müəllimlərdən ibarət 100-dən çox seçici nominantların seçilməsi zamanı onların həmkarları tərəfindən bəyənilməsi, mükafatlarının sayı və aktyor istedadı kimi kriteriyaları nəzərə alırlar.
   Qeyd edək ki, bundan əvvəl «Aktyorların Şöhrət Zalı»na 38 nəfərin adı daxil edilib. Onların arasında Fred Aster, Hamfri Boqart, Çarli Çaplin, Duqlas Feyrbenks, Baster Kiton, Qrauço Marks və Meri Pikford kimi aktyorlar var.
   
   2009-cu ildə «Şöhrət Zalı»na daxil ediləcək aktyorların tam siyahısı:
   
   - Culiya Endryus
   - Robert De Niro
   - Cudi Denç
   - Robert Düval
   - Kirk Duqlas
   - Morqan Frimen
   - Cin Hekmen
   - Oliviya de Hevillend
   - Hel Holburk
   - Entoni Hopkins
   - Ceyms Erl Cons
   - Anjela Lensberi
   - Uilyam Meysi
   - Meqqi Smit
   - Meril Strip







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar