Məşhur Hollivud aktrisası Ancelina Coli yenidən hamilədir. Amerikanın «Star Magazine» jurnalının yazdığına görə, aktrisa hamiləliyin ikinci ayındadır və bunu təsdiq edən tibbi sənədlər də var.
   Altı uşaq anası olan Colinin həyat yoldaşı Bred Pittdən dördüncü uşağı olacağını biləndə həddən artıq sevindiyi qeyd olunur. Jurnal yazır ki, Coli son zamanlar daha bir uşağı övladlığa götürmək barədə düşünürmüş. Amma hamilə olduğunu biləndən sonra fikrindən daşınıb. Qeyd edək ki, xarici mətbuat son vaxtlar Bred Pitt və Ancelina Coli arasında narazılıq yarandığını iddia edir. Əgər Colinin hamilə olduğu barədə məlumat doğru çıxsa, bu fakt onların münasibətinin yenidən öz axarına qayıtmasına kömək edə bilər.
   Xatırladaq ki, Ancelina Coli bir neçə gün öncə «Vanity Fair» tərəfindən keçirilən sorğuda planetin ən gözəl qadını seçilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar