Türkiyənin məşhur müğənnilərindən Bülənd Ərsoy səhnədən gedir. Türkiyə mətbuatının yazdığına görə, qırx illik səhnə fəaliyyəti olan sənətçi restoranda verdiyi sonuncu konsertində heyranlarını şoka salıb. O, səhnə fəaliyyətinə son qoyduğunu açıqlayıb.
   Ərsoy bu açıqlamanı verərkən göz yaşlarını tuta bilməyib. Müğənni onu təəccüblə izləyən tamaşaçıların qarşısında içki qədəhini yerə ataraq, hönkür-hönkür ağlayıb: “Artıq yolun sonuna gəldim, yaşım keçib, indiyədək məni bağrınıza basdınız, təşəkkür edirəm”.
   Gənc müğənni Gökhan Sezeni davamçısı olaraq göstərən Ərsoy “Bu səsi yaxşı dinləyin, artıq mənim səhnədəki yerimi o alacaq, bu gənci sizə tapşırıram”, - deyə əlavə edib.
   Onlarca müğənnini əlindən tutaraq şöhrət sahibi etdiyini söyləyən divanın bundan sonra nə edəcəyi məlum deyil.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar