YouTube-nin simfonik orkestri Nyu-Yorkdakı nüfuzlu Karneqi-Holl zalında debüt edib. «The New York Times» yazır ki, dünyanın 30-dan çox ölkəsinin 96 musiqiçisindən ibarət orkestr 15 əsərdən parçalar ifa edib. Onların arasında Bramsın «Dördüncü simfoniya»sı, Vaqnerin «Valkiriya» operasından «Valkiriyanın uçuşu» səhnəsi, Çaykovskinin «Dördüncü simfoniya»sı olub. YouTube orkestrinə konsert zamanı daha çox San-Fransisko simfonik orkestrinin musiqi direktoru Maykl Tilson Tomas dirijorluq edib. Ondan əlavə, dirijor çubuğunu gənc Edvin Autuoter və məşhur bəstəkar Tan Dun da əllərində tutublar. Qeyd edək ki, Tan Dun xüsusi olaraq YouTube orkestri üçün 5 dəqiqəlik «İnternet-simfoniya №1. Qəhrəmanlıq» («Internet Symphony No. 1 "Eroica"») simfoniyasını yazıb. Bu simfoniyada Bethovenin «Qəhrəmanlıq» simfoniyasının mövzusundan istifadə edilib. «Google» kompaniyasına məxsus YouTube İnternet-servisi öz simfonik orkestrini yaratmaq layihəsi barədə 2008-ci ilin dekabrında elan edib. Müsabiqəyə 70 ölkədən 3 minə qədər ərizə daxil olub. Münsiflər heyəti Avropa, Amerika və Asiyadan 96 ifaçını seçib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar