Misir və Dominikan Respublikasından olan arxeoloji ekspedisiya aprelin sonlarında Kleopatra və Mark Antoninin basdırıldığı qəbrin axtarışlarına başlayır. Alimlər əmindilər ki, əfsanəvi sevgililər İsgəndəriyyə şəhərindən 30 kilometr aralıda yerləşən qədim şəhərdə - Taposiris Maqnadakı məbədin altındakı tunellərdə basdırılıblar. Bu barədə Böyük Britaniyanın «The Times» qəzeti yazır.
   Ekspedisiya radiolokasiya tədqiqatı başa çatandan sonra başlanılıb. Bu tədqiqat zamanı arxeoloqlar üç dərin şaxta müəyyən ediblər. Güman edildiyinə görə, həmin şaxtalardan biri Kleopatra və Mark Antoninin qəbrinə aparır.
   Misirin qəbim abidələr üzrə Ali Şurasının sədri Zaki Havass bildirib ki, arxeoloqlar Taposiris Maqnada geniş, əvvəllər məlum olmayan nekropol tapadan sonra radiolokasiya tədqiqatı aparıblar. Bu nekropol məbədə bitişikdir. Oradakı 27 sərdabədən 7-si yerin altında olub. Arxeoloqlar bu sərdabələrdə 10 mumiya tapıblar və bu mumiyalardan ikisi qızıl suyuna çəkilib. Alimlər belə bir qərara gəliblər ki, məbəddə hansısa vacib şəxslər basdırılıb. Çünki Qədim Misirdə məmurlar və əyanlar kral və fironların basdırıldığı yerin yanında özlərinə qəbir hazırlatdırırmışlar.
   Bundan əlavə, alimlər Taporisis Maqnada Kleopatranın gipsdən hazırlanan heykəlinin başını, onun təsviri olan 22 sikkə, Afroditanın bürünc heykəlini və Mark Antoniyə məxsus olduğu güman edilən maska tapıblar.
   Zaki Havass bildirib ki, Kleopatranın qəbri tapılsa, bu, firon Tutanhamonun sərdabəsinin tapılması kimi böyük arxeoloji və tarixi hadisə olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar