Populyar cizgi filmi seriallarının qəhrəmanı olan «Ninza-tısbağalar»ın eksklüziv hüquqlarının sahibi olan «The Mirage Group» şirkəti mutant heyvanlar barədə yeni tammetrajlı filmin çəkilişlərinə başlamaq niyyətini açıqlayıb. Bu barədə «Variety» məlumat yayıb. Güman edildiyinə görə, film 2011-ci ildə təqdim olunacaq. Yeni filmin prodüseri Qelen Uoker olacaq. O, 2007-ci ildə «TMNT» animasiya filminin yaradılmasının təşkilatçısıdır. «The Mirage Group» yeni filmlə bağlı açıqlamanı «Ninza-tısbağalar»ın 25 illiyi günü verib. Bu qəhrəmanlar ilk dəfə 1984-cü ildə Piter Leird və Kevin İstmanın komikslərində peyda olublar. Qeyd edək ki, «TMNT» cizgi filmi dünya ekranlarında 95 milyon dollar qazanıb.