Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyi münasibətilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
   Bəstəkarlar İttifaqından verilən məlumata görə, bununla əlaqədar böyük layihə hazırlanır. İttifaqın İdarə Heyətinin sədri, Xalq artisti Firəngiz Əlizadə qeyd edib ki, “Üzeyir dünyası” layihəsi böyük bəstəkarın anadan olmasının 125 illiyi ilə əlaqədar keçiriləcək. Azərbaycanda ilk dəfə olaraq qeyd olunan layihə çərçivəsində dahi bəstəkarımızın əsərlərinin partituraları yeddi cilddə nəşr olunacaq. Bu nəşr Heydər Əliyev Fondu tərəfindən reallaşacaq.
   F.Əlizadənin sözlərinə görə, Ü.Hacıbəylinin kiril əlifbası ilə nəşr olunmuş “Koroğlu” operasının uvertürası latın qrafikasında çap etdiriləcək. “Üzeyir dünyası” layihəsi çərçivəsində bəstəkarın anadan olduğu gün - sentyabrın 18-də Üzeyir Hacıbəyli adına beynəlxalq festivalın keçirilməsi də nəzərdə tutulub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar