Şəki şəhərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsi və Sənət Şəhəri elan olunması istiqamətində işlər aparılır. 
   Bu barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının elm, səhiyyə və mədəniyyət üzrə müavini Zərinə Cavadova məlumat verib (APA). Onun sözlərinə görə, artıq bu yöndə lazımi materiallar toplanıb: “UNESCO tərəfindən bizə gələn xüsusi məktuba əsasən şəhərin tarixi, əhalisi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı haqqında lazımi məlumatları toplamağa başlamışıq. Bu yaxınlarda toplanılan materialları təşkilata təqdim edəcəyik. Qərar qəbul olunsa, Şəkinin adı Yaradıcı Şəhərlər Şəbəkəsinə düşəcək. Hazırda dünyanın 20-yə yaxın şəhəri bu şəbəkəyə daxildir”.
   Z.Cavadova deyib ki, yaxın zamanlarda UNESCO-nun komissiyası yenidən Şəkiyə gələrək müxtəlif sahələri ayrı-ayrılıqda öyrənəcək və sonra müəyyən qərar qəbul olunacaq: “Bu şəhər Azərbaycanın qədim tarixini özündə əks etdirir, mədəniyyətini qoruyub-saxlayır. Buna görə də bizim də əsas vəzifəmiz Şəkidə olan tarixiliyi, qədimliyi qoruyub-saxlamaq və gələcək nəsillərimizə çatdırmaqdır”.
   UNESCO 2010-cu ili mədəniyyətlərin qovuşması və yaxınlaşması ili elan edib. Bu məqsədlə də qurumun faktaraşdırıcı missiyası Şəkidə səfərdə olub: “Səfərin məqsədi Şəkidə mədəniyyətin proqramlaşdırılması layihəsini həyata keçirmək məqsədi daşıyırdı. Yəni məqsəd Azərbaycanın qədim mədəniyyətini dünyada tanıtmaq, təbliğ etmək, eyni zamanda müxtəlif xalqlara xas olan mədəni xüsusiyyətləri Şəkiyə gətirməkdir. Yaxın zamanlarda bu layihə çərçivəsində işlər görüləcək».







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar