Üzlərində maska olan silahlı qarətçilər Hollandiya muzeyindən iki qiymətli əsər oğurlayıblar. «France Presse» agentliyinin məlumatına görə, onların arasında sürrealist Salvador Dalinin yaratdığı şəkil də olub.
   Hadisə ölkənin şimalındakı Spanburk şəhərinin «Scheringa» muzeyində baş verib. Polis əməkdaşları bildiriblər ki, cinayətdə 3-4 terrorçu iştirak edib. Onlar muzey əməkdaşlarını tapança ilə hədələyərək rəsm əsərlərini divardan çıxarıblar, maşına yükləyərək aradan çıxıblar. Oğurlanan əsərlər polşalı rəssam Tamara Lempitskayanın 1929-cu ildə çəkdiyi «Musiqiçi qız» və Salvador Dalinin 1941-ci ildə çəkdiyi «Gənclik» rəsmləridir. Agentlik bildirir ki, muzey əməkdaşları oğurlanan əsərlərin təxmini qiymətini söyləməkdən imtina ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar