“İrəli” İctimai Birliyinin Almaniya nümayəndəliyi, Almaniyanın Leypsiq Universiteti və azərbaycanlı tələbələrlə birgə ənənəvi olaraq həyata keçirilən “Kosmopolit Leypsiq!” adlı 16-cı Beynəlxalq Tələbə Həftəsi çərçivəsində “Azərbaycan - Odlar Yurdu” adı altında Mədəniyyət Gecəsi təşkil edib.
   
   1994-cü ildən təşkil olunan bu ənənəvi tədbirdə ilk dəfə Azərbaycan mədəniyyəti təmsil olunub. Gecənin təşkil olunmasında “İrəli” İctimai Birliyinin Almaniya nümayəndəliyinə ölkəmizin Almaniyadakı səfirliyi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Leypsiq Universiteti və Leypsiq şəhərində təhsil alan və yaşayan azərbaycanlılar dəstək göstəriblər.
   Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Fikrət Axundov ölkəmizin keçdiyi inkişaf yolları, Azərbaycan-Almaniya əlaqələri haqqında dinləyicilərə geniş məlumat verib. Almaniyada yaşayan Azərbaycanlıarın Koordinasiya Mərkəzinin sədri Samirə Patzer-İsmayılova Azərbaycanın çoxəsrlik tarixə malik mədəniyyəti, zəngin təbiəti və turizmin inkişafı barədə danışıb.
   Rəsmi hissədən sonra gecənin iştirakçılarına Azərbaycan haqqında film təqdim olunub və tədbirin fəxri qonağı, Amerika Muğam Cəmiyyətinin sədri Cefri Verbok Azərbaycan musiqisi, xüsusilə də muğam haqqında təqdimat edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar