Britaniyanın «Bill Elliot» müziklinin Brodvey versiyasının Nyu-Yorkun «Toni» teatr mükafatının rekord - 15 nominasiyasında namizədliyi irəli sürülüb. «The New York Times» xatırladır ki, bu sayda rekord nominasiya ancaq bir dəfə - 2001-ci ildə Mel Bruksun məşhur «Prodüserlər»inə qismət olub.
   «Bill Elliot»un əsasında Stiven Doldrinin eyniadlı filmi durur. Filmdə rəqqas karyerası arzulayan oğlan barəsində danışılır. Böyük Britaniyada «Bill Elliot» müzikli 2006-cı ildə dörd Lourens Olivye mükafatı qazanıb. Nyu-Yorkda isə tamaşanı ilk dəfə 2008-ci ilin payızında səhnələşdiriblər. «Toni»yə nominant kimi göstərilən dramatik aktyorlar arasında Ejen İoneskonun «Exit the King, or Le Roi se meurt» («Kral ölür») pyesində oynayan Ceffri Raş, Yasmin Rzanın «God of Carnage» («Qırğın Allahı») pyesində iştirak edən Ceyms Qandolfini, eləcə də 46 illik fasilədən sonra Brodveyə qayıdan Ceyn Fonda var. Fonda Moses Kaufmanın «33 variasiya» pyesindəki roluna görə mükafata namizəddir.