Amerikalı müğənni Madonna və onun yeni sevgilisi Xesus Lus evlənmək qərarına gəliblər. Bu barədə «Monsters & Critics» Xesus Lusun atasına istinadən məlumat verib. Buna baxmayaraq, bu toyun hüquqi qüvvəsi olmayacaq.
   
   50 yaşlı Madonna və 22 yaşlı Lus ənənəvi Kabbala mərasimi keçirəcəklər. Amma rəsmən nikah bağlamaq niyyətində deyillər. Mərasimin Nyu-Yorkda keçirələcəyi məlum olsa da, toyun vaxtı ilə bağlı heç bir məlumat verilmir. Lusun atası bildirib ki, cütlüyün Madonnanın davamçısı olduğu Kabbala dini təliminin kanonları üzrə mərasim keçirmək niyyəti onların çox xoşbəxt olduğunu göstərir.
   Xatırladaq ki, Madonna və onun qanuni həyat yoldaşı, britaniyalı rejissor Qay Riçi 2008-ci ilin noyabrında 8 illik ailə həyatına son qoyduqlarını açıqlayıblar. Bundan dərhal sonra Madonnanın beysbolçu Aleks Rodriqeslə görüşdüyü barədə məlumat yayılıb. Amma sonra məlum olub ki, müğənninin yeni sevgilisi özündən 2 dəfədən də çox kiçik olan braziliyalı maneken Xesus Lusdur.
   Cütlük özü isə qarşıdan gələn Kabbala toyu barədə informasiyanı şərh etməyib.