Amerikalı bəstəkar Con Naunene Ü.Hacıbəylinin kiçik melodiyası əsasında əsər yazıb
   
   Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi münasibəti ilə bir sıra tədbirlər həyata keçiriləcək. Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun verdiyi məlumata görə, bu münasibətlə muzeydə kitabların nəşri nəzərdə tutulur.
   
   S.Fərəcov deyib ki, hazırda muzeydə “Üzeyir müasirlərin xatirələrində” kitabı hazırlanır. Yubiley münasibətilə xüsusi təqvimlər də nəşr olunub.
   Bununla yanaşı, yubiley ərəfəsində Ü.Hacıbəylinin indiyədək geniş mədəni ictimaiyyətə məlum olmayan əsərlərindən ibarət konsertin təşkili də nəzərdə tutulur: “Bu barədə dirijor Rauf Abdullayevlə danışıqlarımız olub. Konsertin proqramını da müəyyənləşdirmişik”.
   Yubileylə əlaqədar tədbirlər planına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında “Ər və arvad” tamaşasının hazırlanması da salınıb. Sərdar Fərəcovun redaktəsi ilə orkestr üçün işlədiyi variant əsasında bu əsər sözügedən teatrda səhnələşdirilir.
   Dahi bəstəkarın yubileyi ərəfəsində amerikalı bəstəkar Con Naunene Ü.Hacıbəylinin kiçik melodiyası əsasında yeni əsər yazıb. S.Fərəcov bildirib ki, simfonik orkestr üçün yazılan əsər muzey rəhbərliyinə göndərilib. Amerikalı bəstəkarın Ü.Hacıbəylinin kiçik melodiyası əsasında ərsəyə gətirdiyi əsər bəstəkarın yubileyi ərəfəsində təqdim olunacaq.
   Eyni zamanda, Üzeyir Hacıbəylinin yubileyi münasibəti ilə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi tərəfindən bəstəkarın həyat və yaradıcılığını əks etdirən sənədli filmin çəkilişlərinə başlanılıb. Hazırda filmin çəkilişləri bəstəkarın ev-muzeyində aparılır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar