Kann kinofestivalının prezidenti Jil Jakobu maşın vurub. Hadisə mayın 23-də mərkəzi Kann bulvarında - məşhur Kruazett sahilində baş verib. Olayla bağlı bir gün sonra məlumat verilib.
Kinoforumun rəsmi nümayəndəsinin «yaralanma» adlandırdığı zədəni Jil Jakob sahil xətti ilə getdiyi zaman alıb. Jakobun arxasınca çox aşağı sürətlə hərəkət edən avtomobil qəflətən onu vurub. Kinofestivalın 79 yaşlı prezidenti yıxılaraq qolunu əzib. Amma zədə təhlükəli olmayıb və Jakob festivalın bağlanış mərasimində şəxsən iştirak edib.
Professional karyerasına kinotənqidçi kimi başlayan Jil Jakob 1977-ci ildə Kann kinofestivalının əsas nümayəndəsi təyin olunub. 2001-ci ildə isə festivalın prezidenti seçilib.