Britaniyalı aktrisa Lüsi Qordon Parisdəki mənzilində intihar edib. «Evening Standard»ın verdiyi məlumata görə, Lüsi 29 yaşına 2 gün qalmış intihar edib. Qeyd edək ki, aktrisa «Hörümçək adam» filminin üçüncü seriyasında jurnalist rolu ilə məşhurlaşıb.
   Paris polisi aktrisanın intihar etməsinin heç bir şübhə doğurmadığını bəyan edərək, faktla bağlı cinayət işi başlamayıb. Lüsi Qordonun aktyor karyerası o qədər də uzun olmayıb. O, «Hörumçək adam»dan savayı 7 filmdə çəkilib. Onun daha bir məşhur rolu Sedrik Klapişin «Rus gəlincikləri» filmindədir. Aktrisa bir müddət öncə «Serj Qensbur - qəhrəman həyatı» filmində çəkilişləri başa vurub. Bu bioqrafik filmdə Lüsi Qordon məşhur müğənninin sevgilisi, britaniyalı aktrisa Ceyn Birkinin obrazını canlandırıb. Qensbur Brikini «ingilis qızılgülü» adlandırırmış.