Hollivud aktrisası Ketrin Zeta Cons reklama görə ən çox pul alan aktrisa kimi tarixə düşüb. «The Times»in yazdığına görə, Ketrin «Lux» şampununun reklam çarxında çəkildiyi hər saniyəyə görə 3691 funt sterlinq (təxminən 6 min dollar) alıb. «Lux»u istehsal edən «Unilever» şirkəti ümumilikdə aktrisaya 1,55 milyon funt (2,5 milyon dollar) ödəyib. Şampunun 7 dəqiqəlik reklam çarxı Çin və Yaponiyada televiziya ilə göstərilir. Reklam çarxı casus stilində çəkilib. Gizli laboratoriyanın əməkdaşı rolunu oynayan Zeta Cons qızılı rəngli gənclik eleksirini oğurlayır. Bu işdə ona sirli gənc oğlan kömək edir. Reklam çarxının sonunda efirə verilən titrlərdə bildirilir ki, Ketrin Zeta Cons laboratoriyadan eleksiri oğurlamaqla özünün çoxdankı arzusunu yerinə yetirib - bütün planetin qadınlarına gözəllik və gənclik bəxş edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar