İsrailin Rexovota Elmi İnstitutunun əməkdaşı Elizabetta Boarettanın və Pekin universitetinin baş elmi işçisi Sya Xun Vunun başçılıq etdiyi arxeoloqlar qrupu Çinin cənubundakı Xunan əyalətində Yuy Çan Yan mağarasında qazıntılar zamanı 18 min il yaşı olan gil qab qırıntıları tapıblar. «Nature» jurnalının yazdığına görə, arxeoloqlar bu tapıntının dulusçuluq peşəsinin yaranma tarixini təxminən min il əvvələ çəkməyə imkan verdiyini bildirirlər.
   Alimlər hündürlüyü 29 santimetr olan iti dibli saxsı qabı bərpa ediblər. Boaretta və Vunun kəşfi paleolit dövründən neolit dövrünə keçidin (ovçuluqla müşayiət olunan köçəri həyat tərzindən kənd təsərrüfatı ilə müşayiət olunan oturaq həyat tərzinə keçid) Şərqi Asiyada Aralıq dənizi hövzəsinə nisbətən daha erkən başladığı və daha uzun çəkdiyi barədə versiyaları təsdiq edir. Qeyd edək ki, bundan əvvəl Şərqi Asiyada tapılan dulusçuluq sənəti nümunələrinin 15-16 min il yaşı olub. İndi isə bu sənətin ən azı min il əvvəl yarandığı təsdiq olunub.
   Qeyd edək ki, Aralıq dənizi hövzəsində «nefolit inqilabının» yaşının təxminən 10 min il olduğu güman edilir.