Amerikalı müğənni Maykl Cekson 2010-cu ildə Las-Veqasda kazino açmağı planlaşdırır. «ContactMusic» portalının məlumatına görə, oyun müəssisəsinin formalaşdırılması zamanı Ceksonun məşhur «Thriller» mahnısının 14 dəqiqəlik klipindəki zombi obrazlarından istifadə ediləcək.
   Mart ayında səhnəyə qayıdacağını elan edən müğənni yeni albom yazdırmaq və 3 illik dünya turnesinə çıxmaq niyyətindədir. İyulda Ceksonun Londondakı «O2 Arena»da 50 konsert seriyası başlayacaq. Konsertlər 2010-cu ilə qədər davam edəcək.
   Amma müğənninin planları bununla kifayətlənmir. Cekson özu haqqında bir neçə film çəkdirmək niyyətindədir. Onların arasında «O2 Arena»da konsertlərindən çəkiliş də olacaq. Bundan əlavə, xüsusi olaraq yaradılacaq muzeydə Ceksonun musiqi karyerası ilə bağlı olan əşyalar saxlanılacaq.
   Xatırladaq ki, bir müddət öncə Böyük Britaniya tabloidlərində Maykl Ceksonda dəri xərçəngi tapıldığı barədə məqalə dərc olunmuşdu. Amma sonradan bu informasiya təkzib edildi.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar