Fransanın Provans vilayətində Pablo Pikassoya məxsus Vovenarq qəsri ziyarətçilərin üzünə açılıb. Bu barədə «The Times» məlumat verir. Pikasso qəsri və 2,5 min akr torpağı 1958-ci ildə ikinci arvadı Jaklin Rok üçün hədiyyə alıb. Onlar burada 1961-ci ilə kimi yaşayıblar. Sonra rəssamın səhhəti ağırlaşıb və o, həkimlərə yaxın olmaq üçün Muqen şəhərinə köçüb. 1973-cü ildə vəfat edən Pikasso qəsrin yaxınlığında basdırılıb. Jaklin Pikasso-Rok da 1986-cı ildə intihar edəndən sonra orada dəfn edilib.
   Pikasso Vovenarqda yaşadığı dövrdə Jaklinin onlarla portretini yaradıb. Onlardan biri - «Kresloda oturan qadın» 2006-cı ildə Nyu York auksionunda 6,7 milyon dollara satılıb. Rəssam həmin qəsrdə qəlyan çəkən kişi rəsmləri, eləcə də yerli mənzərələri çəkib.
   Qəsr ziyarətçilər üçün sentyabrın 27-nə kimi açıq olacaq. Ekskursiya qrupuna maksimum 18 adam daxil ediləcək. Təşkilatçılar bildirirlər ki, artıq bir neçə min bilet satılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar