ABŞ-ın Kaliforniya ştatının qubernatoru, məşhur aktyor və idmançı Arnold Şvartsneggerə «Yırtıcı» serialının skivelində çəkilmək təklif olunub. «Movie Hole» resursu bu barədə «Troublemaker» kinostudiyasındakı mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, bu kinostudiya rejissor Robert Rodriqesə məxsusdur. «Yırtıcı»nı diriltmək isə Rodriqesə həvalə olunub. Anonim mənbə kinostudiyada yazılan ssenaridə həqiqətən də Şvartsnegger üçün rol hazırlandığını bildirib: «Rodriqes rimeyk çəkmək istəmir. O, Con Maktirnanın birinci filminin davamını yaratmaq arzusu ilə alışıb yanır. O başa düşür ki, «Terminator»da olduğu kimi, «Yırtıcı»da da əsas fiqur ancaq və ancaq Şvartsneggerdir. Bizə ancaq Arnoldun özünün də belə düşündüyünü arzu etmək qalır». Şvartsneggerin özünün reaksiyası bəlli deyil. Xatırladaq ki, Kaliforniya qubernatoru «Terminator. Xilaskar gəlsin» adlı filmdə onun obrazından istifadə etməyə icazə verib. Matirnanın original filmi 1987-ci ildə çıxıb. Həmin filmdə xüsusi əməliyyat keçirmək üçün Cənubi Amerika cəngəlliklərinə atılan və gözlənilmədən yadplanetli ovçu ilə üz-üzə gələn Amerika xüsusi təyinatlı qüvvələrinin bir qrup əsgərindən söhbət gedir. Şvartsnegger həmin qrupun komandiri rolunu oynayır. 15 milyon büdcəsi olan film, ümumilikdə 100 milyon dollar toplayıb. 1990-cı ildə filmin ikinci hissəsi çıxıb. Bu filmdə baş rolda Denni Qlover çəkilib. Amma film uğursuz olub. «Yırtıcı-2» cəmi 50 milyon toplayıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar