«Life» jurnalının əməkdaşları arxivdə məşhur amerikalı aktrisa Merilin Monronun indiyə kimi çap edilməyən fotoşəkillərini aşkar ediblər. Bu barədə «CNN» telekompaniyası məlumat verir. Fotoşəkilləri jurnalın redaktorunun müavini Douni Uolton tapıb. O, adi fotoşəkilləri rəqəmsal formaya salmaq üçün nəzərdən keçirdikdə, Merilinin şəkillərini aşkar edib. Neqativlər üzərindəki qısa qeyddən görünür ki, şəkillər 1950-ci ilin avqustunda çəkilib. Güman edildiyinə görə, fotoşəkilləri Los-Ancelesdəki Qriffit-parkda Ed Klark çəkib. Uolton güman edir ki, şəkillər «Life» jurnalının növbəti nömrəsi üçün nəzərdə tutulubmuş. Amma naşirlər naməlum səbəbdən bu ideyadan imtina ediblər. Merilin Monronun «Life» jurnalında ilk şəkilləri 1952-ci ildə çap olunub. Şəkillər çəkilən zaman Monro daha çox model kimi məşhur olub. Bir neçə filmdə epizodik rol və «Asfalt cunqli» filmindəki bir qədər geniş rol ona hələ aktrisa kimi şöhrət gətirməmişdi. Jurnalistlər tapılan şəkilləri çap etməklə 2009-cu il iyunun 1-də 83 yaşı tamam olan Merilinin xatirəsini yad ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar