Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki hotellərdən birində ölkə hökumətinin gizli göstərişi ilə Avropadakı kolleksiyaçılardan alınan rəsm əsərlərinin sərgisi açılıb. Bu barədə «The Telegraph» qəzeti yazır.
   Sərgiyə qoyulan əsərlər arasında Eduard Mane, Pol Sezan, Bartolomeo Murilyo, Covanni Bellini, Jan Enqra, Pit Mondrian kimi rəssamların əsərləri var. Manenin «Qaraçı» və «Zənbil və sarımsaqlı natürmort» əsərləri uzun müddət itkin düşmüş sayılıb.
   Art-bazarın iştirakçılarının fikrincə, BƏƏ nümayəndələri bu əsərləri son bir neçə ay ərzində auksionlardan və rəsm əsərlərinin sahiblərindən danışıqlar yolu ilə əldə ediblər. Sərgi tezliklə başa çatacaq və 2013-cü ilə qədər anbara qoyulacaq. Əbu-Dabi yaxınlığındakı Səadiyyat adasında Luvr muzeyinin şöbəsi açılandan sonra əsərlər orada nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar