Məşhur yazıçı və ssenarist Georgi Vayner Nyu Yorkdakı xəstəxanalardan birində uzun sürən xəstəlikdən sonra 72 yaşında vəfat edib. «Exo Moskvı» radiostansiyasının məlumatına görə, yazıçı Nyu-Cersi ştatının Feyrvyu şəhərində dəfn olunub.
   1938-ci ildə anadan olan Georgi Vayner qardaşı Arkadiy Vaynerlə bir yerdə detektiv romanlar yazıb. Vayner qardaşlarının yazdıqları 150-dən çox əsər arasında «Mən müstəntiqəm», «Minotavrın yanına səfər», «Vertikal üzrə yarış», «Mister Kelli üçün saat» kimi romanlar var. 1979-cu ildə Georgi və Arkadiy Vaynerlərin «Şəfqətlik dövrü» əsəri əsasında «Görüş yerini dəyişmək olmaz» filmi çəkilib. Stanislav Qovoruxinin çəkdiyi bu film bütöv bir ölkənin maariflənmə prosesinə böyük təsir göstərib, «ziyarətgah»a çevrilib. Georgi Vayner Moskva Hüquq İnstitutunu bitirib. Mühəndis və jurnalist kimi çalışıb. SSRİ Yazıçılar Birliyinin və Daxili İşlər Nazirliyinin mükafatlarının laureatıdır. 20-dən çox filmə ssenari yazıb. 1990-cı ildən ABŞ-a köçüb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar