Pop-kralı Maykl Cekson Kaliforniyadakı «Neverland» rançosunun surətini yaratmaq qərarına gəlib. Onun borcları səbəbindən satdığı rançonun surəti Böyük Britaniyada qurulacaq. Bu barədə «Monsters & Critics» resursu bildirir.
   Cekson «Neverland»ın bərpa edilməsi xahişi ilə London konsertlərinin təşkilatçısı olan «AEG Live» şirkətinə müraciət edib. Müğənni rançonun tikiləcəyi yer kimi Kent qraflığını seçib. Ceksona yaxın mənbənin verdiyi məlumata görə, müğənni yeni rançonun ərazisində luna-park və boulinq üçün meydança olmasını istəyib: «Maykl həddən artıq tələbkardır. O, rançodakı həyatı üçün çox darıxıb, «Neverland»ı satmağa məcbur olandan sonra ayağını həmin əraziyə basmayıb. Cekson ümid edir ki, «AEG Live»in rəhbərliyi rançonun surətinin tikilməsində ona etiraz etməyəcək».
   Hələlik şirkətin Ceksonun xahişinə reaksiyası bəlli deyil. Amma «AEG Live» onun təklifi ilə razılaşsa, şirkət 2700 akr ərazidə tikinti işləri aparmalıdır. Burada yaşayış evləri ilə yanaşı, zoopark, əyləncə parkı və kinoteatr da olmalıdır.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar