Rusiya imperatriçəsi I Yelizavetanın (Petrovna) tacqoyma albomu «Christies» auksionunda 98,5 min dollara - ilkin qiymətindən təxminən 3 dəfə baha satılıb. Bu barədə auksion evinin rəsmi İnternet saytında bildirilir.
   Albom «İmperatriçə Yelizaveta Petrovnanın Moskvaya sağ-salamat daxil olması və müqəddəs tac qoyulması mərasiminin ətraflı təsviri» adlanır. Kitabda Qriqori Kaçalov və İvan Sokolov tərəfindən işlənən 49 qravüra var. Kitab XVIII - XIX əsrlər rus nəşrləri arasında ən dəbdəbəlilərdən biri sayılır. Albom ilk dəfə 1744-cü ildə 600 nüsxə ilə çap edilib. Sonradan isə kitabın daha 950 nüsxəsi çapdan çıxıb. Auksionda satılan nüsxə Pol və Marianna Qurarinin şəxsi kolleksiyasının bir hissəsi olub. I Pyotrun və I Yekaterinanın qızı olan I Yelizaveta 1741-ci ildə saray çevrilişi nəticəsində hakimiyyətə gəlib. İmperatriçənin taxt-taca oturması ilə bağlı təntənəli tədbirlər təxminən 2 ay davam edib və qravüraçılar bu tədbirlərin bir hissəsini əks etdiriblər.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar