Bir il ərzində 65 milyon dollar pul qazanan Harrison Ford dünyanın ən bahalı aktyoru hesab edilib. Bu barədə «Forbes» jurnalı yazıb.
   Harrison Ford 2008-ci ilin iyunundan 2009-cu ilin iyununa kimi cəmi bir filmdə - «İndiana Cons və Büllur Kəllə Krallığı» filmində çəkilib. Amma film çəkilən zaman ortaya şərt qoyulub: «İndiana Cons və Büllur Kəllə Krallığı»dan gələn bütün gəlir Ford, Stiven Spilberq və Corc Lukas arasında bərabər bölünməlidir.
   Babası və nənəsi Belarusdan - Minskdən ABŞ-a köçən Harrison Ford XX əsrin sonuncu 25 ilinin ən çox qonorar alan aktyoru olub. XXI əsrdə isə onun gəliri daha da artıb.
   Fordu «Ulduz müharibələri» serialında kosmik pilot Xen Sol və macəra axtaran İndiana Cons kimi tanıyırlar.
   Qeyd edək ki, ABŞ-ın ən populyar komik aktyoru sayılan Adam Sendler bu müddət ərzində 55 milyon dollar qazanıb. Eddi Merfi və Uill Smit isə müvafiq olaraq 50 və 45 milyon dollar əldə ediblər. Ən çox qazanan ulduzlar siyahısında ilk 5-liyi 40 milyon dollarla Nikolas Keyc tamamlayır.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar