SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov «Raisa üçün mahnılar» adlı disk buraxıb. Keçmiş prezident həyat yoldaşının xatirəsinə həsr etdiyi albomu kütləvi şəkildə satmaq niyyətində deyil. Qorbaçov bildirib ki, diskə Raisa Qorbaçovanın ən sevimli 7 romansı yazılıb: «Mən romansları Andrey Makareviçin müşayiəti ilə özüm ifa etmişəm. Biz onu Londonda xeyriyyə auksionunda satışa çıxardıq. Disk kütləvi şəkildə satılmayacaq».
Albom 1999-cu il sentyabrın 20-də leykemiyadan vəfat edən Raisa Qorbaçovanın ölümünün 10-cu ildönümünə həsr olunub.
Qorbaçov Fondunun xeyriyyə gecəsi Londonda Mariya Küri Fondu ilə bir yerdə keçirilib. Qonaqlar arasında London meri Boris Conson, baş nazirin həyat yoldaşı Sara Braun, «Daily Mail» imperiyasının sahibləri - Rotemeyer cütlüyü, yazıçı Coan Roulinq, aktrisa Vanessa Redqreyv, siyasətçilər, mədəniyyət xadimləri, biznesmenlər və səfirlər olub. Tədbir zamanı keçirilən auksionda 1,7 milyon funt sterlinq toplanılıb. Qorbaçov qeyd edib ki, bu vəsait əvvəllər olduğu kimi, leykemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə istifadə olunacaq.
Öz növbəsində fondun mətbuat katibi Pavel Palajçenko bildirib ki, Mixail Qorbaçov gecədə iştirak edən 347 nəfərin xahişi qarşısında davam gətirməyərək «Köhnə məktublar» adlı romansı ifa edib.